Gəncədə məktəblini bıçaqlayan şəxsə cinayət işi açılıb. Bu haqda 23 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Bu gün səhər saatlarında 17 yaşlı məktəbli Raul Rəhimovun təhsil ocağının önündə bıçaqlanması barədə məlumat paylaşmışdıq.
Məsələ ilə bağlı Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları müvafiq araşdırmalar həyata keçiriblər. Nəticədə qətli törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Fərid Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Onun digər məktəblərdən birində oxuduğu bildirilir.
Sosial şəbəkələrdə yayılan məlumata görə hadisə qız üstündə baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.