Gəncədə təhsil ocaqlarının birinin önündə cinayət hadisəsi baş verib. Bu haqda 23 yanvar tarixində Report-a istinadən xəbər veririk.
Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi məktəbin önündə bıçaqlanıb. Raul Rəhimovu bıçaqlayan şəxs məlum deyil. Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.
Hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
[modula id="53598"]