Gəncədə kitab sərgisi baş tutacaq. Bu haqda 5 aprel tarixində Gəncə Dünya Məktəbinə istinadən məlumat veririk.
Tədbir 18 aprel tarixində saat 11:00-da başlayacaq. Gəncə Dünya Məktəbində keçiriləcək sərgidə qonaqlar Aysel Şıxlı və Reyhan Yusifqızı olacaqlar. Burada görüş və imza saatı baş tutacaq.
Sərgidə iştirak ödənişsizdir.
Qeyd edək ki, Dünya Məktəbi Atabəylər prospekti, 76 ünvanında yerləşir.