Gəncəli nazirə ağır itki üz verib. Bu haqda 24 yanvar tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Müdafiə sənayesi naziri Mədət Quliyevin anası Zambaq xanım axşam saatlarında vəfat edib.
Qeyd edək ki, 88 yaşlı Zambaq Quliyeva uzun müddət Gəncədə yerləşən Molla Pənah Vaqif adına 8 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.