Gəncədə qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı həyata keçirilən tədbirlər davam etdirilir.
Gencexeber.az Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, şəhər rəhbərinin müvafiq Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçiriblər.
Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ötən həftə ərzində də şəhərin müxtəlif küçələrində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.
Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub.
