Mingəçevirdə 46 yaşlı Qasım Quliyev arvadı Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirib.
Hadisə səhər saatlarında 4 saylı uşaq bağçasının ərazisində baş verib.
Övladını bağçaya gətirən 1987-ci il təvəllüdlü Həşimova Aygün Həşim qızı boşandığı əri tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili xəstəxanaya çatdırılıb.
Qasım Quliyev daha sonra könüllü şəkildə polisə təslim olub.
Mənbə: teleqraf.аz