Gəncədə iki uşaq mənzildə köməksiz qalıb. Bu haqda 6 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Azyaşlı iki uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bununla bağlı adıçəkilən qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Çağırış ünvanına FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Onlar giriş qapısını açaraq nəzarətsiz qalmış balacaları xilas ediblər.