top
“Kəpəz”in dirçəlişi Tovuzdan başladı?
21 yanvar 2025, 10:00
- ↺ +

“Kəpəz”in dirçəlişi Tovuzdan başladı?

 

Gəncə, bölgəmiz üçün futbolun nə demək olduğunu vəsf etmək üçün qalın bir kitab yazmaq olar. İnsanlarımız da ingilislərin bu ixtirasını çox sevir, azarkeşliklərimiz də fövqəldi, təkrarolunmazdır. Amma təəssüf ki, son illər bölgəmizi təmsil edən klublar tərəfdarlarını daha çox məyus edirlər, nəinki sevinc bəxş edirlər. Bir zamanlar “Kəpəz”, “Turan”, “Şəmkir” ölkə çempionluğunu qazanaraq Azərbaycanı qitənin ən mötəbər klub turnirində təmsil edirdilər. İndi o illəri nostalji hisslərlə yad edirik. Maraqla izlənilən qərb derbiləri isə ayrı bir aləm idi: həyəcan, intriqa, sensasiya. Bunlar üçün də çox darıxıb camaatımız.

Gencexeber.az məlumat verir ki, ancaq son turda Misli Premyer liqasında baş tutan “Kəpəz” – “Turan Tovuz” oyunu sanki tükənməkdə olan ümidlərə yeni nəfəs verdi. Yüksək liqada yerini mühafizə etmək üçün ölüm-dirim mübarizəsi aparan gəncəlilər cari mövsümün yekunlarına görə avrozonaya vəsiqə qazanmağı hədəfləyən Tovuz təmsilçisini darmadağın etdi – 5:2. Özü də bu sensasiya məhz Tovuz şəhər stadionunda reallaşdı. Hərçənd, matçın əvvəli heç də “Kəpəz”in ürəyincə olmadı: artıq 4-cü dəqiqədə rəqib hesabı açdı. Düşünmək olardı ki, autsayder növbəti məğlubiyyətini alacaq. Ancaq gəncəlilər onlardan çoxdan gözlədiyimiz əzmkarlığı ortaya qoydular: iki dəfə hesabda geri düşmələrinə rəğmən komandalar fasiləyə bərabər durumda yolandılar – 2:2. Fasilədə isə, çox güman, baş məşqçi Azər Bağırov kollektivi motivasiya edən sözləri tapa bildi və ikinci 45 dəqiqədə “Kəpəz” yekun hesabı müəyyən edən daha 3 qola imza atdı.

Bu qələbəni Gəncə təmsilçisinin “elitar klub”a qayıdışının başlanğıcı kimi qiymətləndirmək olarmı? Xüsusən də nəzərə alsaq ki, sözügedən qalibiyyət ayyarımlıq qış fasiləsindən sonra qeydə alındı. Doğurdanmı gəncəlilərin illərdir gözlədiklləri həyata keçməyə başladı? “Qara zolaq” bitdimi? Yoxsa bu qələbə sevinci, bu eyforiya artıq növbəti oyunlarda ilğım kimi buxarlanıb aradan itəcək? Hər halda hər kəs “Kəpəz”in “oyanmasının” tərəfdarıdır. Baxmayaraq ki, soyuq başla düşündükdə, nikbinliyə, xüsusən də uzaq perspektivli nikbinliyə elə də əsas olmadığını görürük. Niyə?

Əvvəla, komandanın hazırkı tərkibi yüksək amallar uğrunda çarpışmağa imkan vermir. Bəli, futbolçular bəzən əzmləri və mübarizliyi sayəsində sürpriz nəticələrə imza ata bilirlər. Məsələn, cari çempionatın 9-cu turunda “Neftçi” üzərində 4:3 hesabı ilə qazanılan qələbəni xatırlaya bilərik (yeri gəlmişkən, məhz bu məğlubiyyətdən sonra “ağ-qaralar”ın baş məşqçisi Qriqorçuk istefa verdi). Amma Premyer liqa uzun bir yolçuluqdur, ara-sıra sıçrayışlarla ciddi nəticələrə ümid etmək yersizdir. Zirvəyə yüksəlmək, zirvədə qərar tutmaq üçün mütləq və mütləq sabit oyun olmalıdır ki, bunun da əsasını USTA futbolçular, BACARQLI kollektiv təşkil edir. Sözümüzün haqq olduğunu daha bir statistik göstərici ilə də isbatlamaq mümkündür. “Kəpəz” çempionatda bu günə qədər keçirdiyi 19 görüşdə cəmi 17 qol vurub. Bu qolların 9-u isə cəmi 2 oyunun payına düşür – 4-ü “Neftçi”nin, 5-i isə “Turan Tovuz”un qapısına vurulub. Bu isə o deməkdir ki, gəncəlilər 17 matçda rəqib qapısına vur-tut 8 (!) dəfə yol tapıblar. Təqribən 180 dəqiqəyə bir qol düşür. Əlbəttə ki, bu göstərici ilə uzağa getmək və hansısa sabitlikdən dəm vurmaq olmaz.

Amma istənilən halda, biz “Kəpəz”in dirçəlməsinə ümid edirik və bunu səbirsizliklə gözləyirik. Artıq növbəti turda rəqib “Səbail”dir. Həmin “Səbail” ki, Yüksək liqada qalmaq uğrunda mübarizədə əsas rəqibimizdir. Necə deyərlər, bu oyun 3 deyil, 6 xal uğrunda olacaq. Komandamız bu dəfə də rəqibi üstələyə bilsə, azarkeşlərinə bir qədər də ümid verəcək. Biz də ümidliyik. Ümid edirik ki, “Kəpəz” ilk olaraq elitada yerini qoruyacaq. Artıq gələn mövsümdən isə Gəncədə inşa edilməkdə olan yeni stadionda tam anşlaq şəraitdə ard-arda qələbələrini sıralayacaq, yenidən Azərbaycanı Avropada təmsil etmək hüququ qazanacaq. Haydı, “Kəpəz”, ümidlərimizi doğrult, bizi qırma, lütfən!

Vüsal Əliyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər