“Kəpəz” yeni transfer edib. Bu haqda 24 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Təmsilçimizin heyətinə yeni qapıçı cəlb olunub. Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı Elgün Bayramov "sarı-göylər"in şərəfini qoruyacaq. Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Bayramovun sonuncu klubu “MOİK” olub. Gənc qolkiper aşağı yaş qrupları üzrə yığma komandalarda da çıxış edib.