Gəncənin əvəzedicilərdəki təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 5 aprel tarixində Kəpəz Akademiyasına istinadən məlumat veririk.
I Divizionun XXIX turu çərçivəsində “Kəpəz-2” “Araz-Naxçıvan-2”yə qarşı oynayacaq. Rəqiblər 6 aprel tarixində saat 15:00-da qarşılaşacaqlar.
Matç Binə Qəsəbə Stadionunda keçiriləcək.
Qeyd edək ki, “sarı-göylər” son oyunda “Qarabağ-2”yə məğlub olmuşdu.