Gəncədə küləyin törətdiyi fəsadlar aradan qaldırılır. Bu haqda 28 noyabr tarixində Report-a istinadən məlumat veririk.
Güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib. Külək zamanı qısaqapanma baş verib və elektrik xətləri sıradan çıxıb.
Nəticədə sözügedən ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb.
Xatırladaq ki, güclü külək nəticəsində şəhərin bir sıra ərazilərində ağaclar aşıb.