Gəncədə güclü külək fəsadlar törədib. Bu haqda 28 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb. Güclü külək nəticəsində ağac yaşayış evinin üstünə aşıb. Tikiliyə ziyan dəydiyi bildirilir.
Həmçinin qeyri-sabit hava şəraiti nəticəsində şəhərin Atatürk, Şah İsmayıl Xətai prospektlərində və Dədə Qorqud küçəsində bir neçə ağac aşıb.