Gəncədə yanğın hadisəsi olub. Bu haqda Gencexeber.az-a 13 dekabr tarixində məlumat daxil olub.
Yanğın idman kompleksində baş verib. Ümumi sahəsi 1000 kvadratmetr olan üzgüçülük zalı alovlanıb. Nəticədə 4 kvadratmetr olan sauna otağının taxta üzlüyü yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Yanğından xəsarət alan olmayıb.