top
Hər gün 5 gəncəlini it dişləyir - Gəncənin hürən problemi - VİDEO
27 yanvar 2025, 11:45
- ↺ +

Hər gün 5 gəncəlini it dişləyir - Gəncənin hürən problemi - VİDEO

 

Real təhdid

Gəncənin problemləri çoxdur: kommunal, nəqliyyat, yol və sair. Amma bu problemlərin sırasında eləsi də var ki, birbaşa şəhər sakinlərinin həyatını təhdid edir. Söhbət Gəncənin küçə və məhəllələrini dəstə-dəstə dolaşan sahibsiz itlərdən gedir. Zaman-zaman saytımızda şəhərimizin müxtəlif yerlərində bu heyvanların hücumuna məruz qalan və bədən xəsarətləri alan həmyerlilərimizdən xəbər yayımlamışıq. Eyni zamanda sakinlər dəfələrlə bizə müraciət edərək problemin həll edilməsi üçün müvafiq strukturlardan yardım diləyiblər. Gəl ki, vəziyyət zaman ötdükcə nəinki yaxşıya doğru dəyişib, əksinə, daha da pisləşib və pisləşməkdə davam edir. Bəs bu problemi necə həll etmək olar? Optimal yol hansıdır?  Məsələyə müxtəlif qütblərdə yerləşən iki fərqli yanaşma var ki, onlara diqqət çəkəcəyik. Və əvvəlcədən qeyd edək ki, bu yanaşmaların hər birində düşünməyə vadar edən məqamlar mövcuddur.

Dilemma: insan və ya heyvan?

Hər növbəti sahibsiz itlərin insanlara hücumundan sonra sosial şəbəkələrdə bu heyvanların ayağının şəhər və qəsəbələrimizdən birdəfəlik kəsilməsini tələb edən çoxsaylı şərhlərə rast gəlirik. Arqumentlər də kifayət qədər əsaslıdır. Axı indi neolit dövrü deyil ki, insan heyvanların qurbanına çevrilsin və ya onların hücumları qarşısında aciz qalsın. Gəncə də Amazon cəngəlliklərinin dərinliklərində yerləşməyib. Bəzi valideynlər övladını Azərbaycanın ikinci ƏN BÖYÜK ŞƏHƏRİNDƏ məktəbə yola salanda qəlblərinə dərin həyəcan çökür: görəsən filan küçədən, filan məhəllədən keçəndə sahibsiz itlərdən yayına biləcəklərmi, hücuma məruz qalmayacaq ki? Məgər bu normal haldır? Belə də olmalıdır? Mümkündür ki, kimlərinsə, hansısa məsul şəxslərin səriştəsizliyi və ya məsuliyyətsizliyi üzündən belə bir acınacaqlı vəziyyətə gəlib çıxmışıq, fakt budur, təəssüf. Lakin bu vəziyyətin dözülməz olduğunu anlamaq o qədərmi müşküldür? İllərlə belə də yaşamalıyıq – səksəkə və təlaş içində? Və əgər heyvan və insan, heyvan və insan həyatı arasında dilemma qarşısında qalınırsa, seçim heyvanın xeyrinə olmalıdır, ya insanın?

Onlar da yaşamalıdır

Amma medalın ikinci tərəfi də var. Biz həqiqətən də neolitdə yaşamırıq və həqiqətən də Gəncəmiz Amazon meşələri ilə əhatə olunmayıb. Biz 21-ci əsrin insanlarıyıq, faunaya da müvafiq yanaşmalıyıq – mərhəmət və qayğı ilə. Yol vermək olmaz ki, əhali və ya övladları sahibsiz itlərin hücumuna məruz qalan hansısa valideyn qrupu dördayaqlı “quldurlara” qarşı sərt cəbhə açsın, onları zəhərləsin və ya başqa üsulla həyatlarına qəsd etsin (təəssüf ki, belə hallar da bəzən meydana gəlir). Bu itlər də canlıdırlar və əgər təbiət onlara həyat bəxş edibsə, bu həyatı yaşamalıdırlar. Problemin faşist metodları ilə həlli qəti şəkildə qəbuledilməzdir. Heyvan və insan həyatı arasında dilemma da gündəmdən qətiyyətlə silinməlidr. Təbii  ki, məsul şəxslər və qurumlar tərəfindən.

İş görmək, gözdən pərdə asmaq yox

Bəs, yaxşı, o zaman nə etməli? Amerika kəşf etməyə ehtiyac yoxdur. Bu məsələlərin həlli yolu çoxdan bəllidir və yuxarıda nəzər saldığımız iki mövqenin tən ortasında yerləşir. Sahibsiz itlər üçün sığınacaqlar yaradılmalı, Gəncə küçələrindəki dördayaqlılar orada cəmlənməli və qısırlanmalıdır. Belə olan halda zamanla problem aradan qalxa bilər. Amma bu işi həqiqətən real olaraq görsələr, gözdən pərdə asmasalar. Məsələn, Gəncədə sahibsiz itlər üçün cəmi  1 sığınacaq mövcuddur, o da eyni zamanda vur-tut 50 heyvan qəbul etmək iqtidarındadır. Təsəvvür edin bir an: Gəncə boyda şəhər və 50 yerlik it sığınacağı. Bu işi ciddi iş, problemin həllinə yönələn iş hesab etmək olarmı? Gəncənin bəlkə də ən kiçik küçəsində 50-dən çox sahibsiz it gəzişir.

Hər gün 5 gəncəlini it dişləyir

Bir sözlə: məsələ həllini, özü də təcili həllini gözləyir. Gencexeber.az nəzər saldığımız problemlə bağlı bir neçə gün öncə TƏBİB-ə sorğu ünvanlamışdı. Və bununla bağlı qurumdan verilən cavaba görə, cari ilin ilk 18 günü ərzində it dişləməsi ilə bağlı 82 müraciət qeydə alınıb: “Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə dekabr ayının 1-dən 19-dək it dişləməsi ilə bağlı 82 müraciət daxil olub”. Deməli, orta hesabla hər gün sahibsiz itlər təxminən 4-5 Gəncə sakinini dişləyir. Hər gün! Hücuma məruz qalanlar isə, sözsüz ki, daha çoxdur. Sadəcə olaraq bəzi gəncəlilər itlərin dişlərindən və caynaqlarından canlarını qurtarmağı bacarırlar. Amma məsələni axarına buraxmaq olmaz. Hər an şəhərimizdə çox ciddi faciə baş verə bilər. Özü də heç kəs bundan sığortalanmayıb: nə məmur balası, nə də məmurun özü.

Ağəli Gəncəli

Qeyd edək ki, kadrlar Gəncə şəhər İsmət Qayıbov adına 1saylı məktəbdə çəkilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər