top
Göygöldə qəribə hadisə: Uzunqulağın otlaması qonşuları məhkəməlik etdi
08 fevral 2025, 11:35
- ↺ +

Göygöldə qəribə hadisə: Uzunqulağın otlaması qonşuları məhkəməlik etdi

 

Göygöldə qonşular uzunqulağa görə dalaşıblar.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Göygöl Rayon Məhkəməsində keçirilib.

Belə ki, Göygöl rayonunda yaşayan Elnur Məmmədov (ad şərtidir) təsərrüfatla məşğul olmaqla Gəncə bazarında məhsullarını sataraq ailəsini dolandırır. O, sahibi olduğu uzunqulağı yaşadığı evin qarşısındakı otluğa cidarlayıb.

Heyvanın çıxardığı səslər yaxınlıqda yerləşən ev sakinlərini narahat edib. Elə bu səbəbdən Elnurun qonşusu, zərərçəkmiş Namiq Əliyev (ad şərtidir) onun evinə gələrək uzunqulağın çıxardığı səsə irad bildirib. Bununla da aralarında mübahisə yaranıb və Elnur Məmmədov qonşusunu döyüb.

Elnur Məmmədov Azərbaycan Respublikası CM-nin 128-ci (sağlamlığa zərbə vurma) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə ifadə verən Elnur Məmmədov özünü ittiham üzrə təqsirli bilib:

“Namiqin yaşadığı yerlə evimin arasında 100 metr məsafə var. Onunla aramızda olan mübahisəyə səbəb evimin yaxınlığında olan boş torpaq sahəsində uzunqulağının otlaması oldu. Namiq evimin qarşısına gələrək uzunqulağın səsinin onu narahat etdiyini bildirdikdə ona bir saat sonra heyvanı başqa yerə aparacağımı dedim. Lakin bununla razılaşmadı. Dərhal uzunqulağı oradan aparmağımı istədi. Sərxoş olduğunu bildiyim üçün söhbəti çox uzatmadım, dedim ki, sonra danışarıq. Amma Namiq söyüş söyməyə başladı. Bu zaman aramızda mübahisə yarandı və mən də onu döydüm”.

Məhkəmə iclasında zərərçəkmiş Namiq Əliyev ifadəsində göstərib ki, Elnur mütəmadi olaraq uzunqulağı onun evinin yaxınlığına otlamağa buraxır:

“Qonşu olduğumuz üçün ona demədən bir neçə dəfə uzunqulağı bağlandığı yerdən açıb buraxmışam. Gözləyirdim ki, insanlara narahatlıq verdiyini özü anlasın. Lakin uzunqulağı açdıqdan sonra Elnur həmin heyvanı bu səfər mənim evimin darvazasının qarşısına bağladı. Bunun səbəbini soruşmaq üçün onlara getdim. İradımı bildirdikdə mübahisə yarandı və Elnur məni döyməyə başladı”.

İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, təqsirləndirilən Elnur Məmmədovun himayəsində 2010 və 2009-cu il təvəllüdlü 2 azyaşlı uşağı var.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Əli Məmmədov 6 ay müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
29 sentyabr 2026, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
29 sentyabr 2026, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
29 sentyabr 2026, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
29 sentyabr 2026, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
29 sentyabr 2026, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
29 sentyabr 2026, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Oxşar xəbərlər