top
Gəncəli gənc vokalist: “Tövsiyə edərdim ki, müğənnilər şəhid xatirəsi üçün də layihə hazırlasınlar” – ÖZƏL MÜSAHİBƏ
26 yanvar 2025, 12:00
- ↺ +

Gəncəli gənc vokalist: “Tövsiyə edərdim ki, müğənnilər şəhid xatirəsi üçün də layihə hazırlasınlar” – ÖZƏL MÜSAHİBƏ

 

Gəncədə şəhidlərə həsr olunan mahnıya klip çəkilib. Gencexeber.az musiqi əsərini ifa edən 22 yaşlı gənc müğənni Mövlud Pərviz oğlu Zalı ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Söhbətimizə şəhidlərin xatirəsinə oxuduğunuz mahnıdan başlamaq istərdik.

- Allah bütün şəhidlərimizə rəhmət etsin. 1995-ci ildə lentə alınan “Ağ atlı oğlan” filmində səslənən musiqidir. Bu mahnının bəstəkarı Oqtay Rəcəbovdur.

- Deyirlər, gəncəlilər yerlipərəstdir. Musiqiyə olan sevginiz doğma şəhərinizlə bağlı ola bilərmi?

- Xeyr, yerlipərəst olduğumuzu heç düşünmürəm. Mən bu şəhərdə böyüyüb, boya-başa çatmışam. Təhsilim də bu şəhərdə olub. İlk olaraq Gəncə şəhəri 4 saylı uşaq musiqi məktəbini bitirmişəm. Piano vokal ixtisası üzrə 2019-cu ildə Gəncə Musiqi Kollecinin vokal ixtisasına qəbul olmuşam. Əslində, hər iki təhsil ocağında vokal ixtisasının təhsilini almışam. Amma ki, səhnə aldığım məkanlarda estrada şanson mahnıları ifa edirəm.

- Gəncədə klip çəkmək ideyası necə yarandı? Gəncənin Şəhidlər Xiyabanı şəxsən sizin üçün nə deməkdir?

- Gəncə Şəhidlər Xiyabanı şəxsən mənim üçün iftixar və qürur yeridir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. 30 illik həsrətə son qoyan igidlər hər zaman qəlbimizdə yaşayacaqlar.

Klip və bu layihə öz ideyam idi. Bu işdə mənə təmənnasız dəstək olan yoldaşlarıma təşəkkür edirəm.

- Adətən yaxınlarımızın vəfatından sonra, yaşa dolduqca dəyərlərini daha çox anlayırıq. Sizcə, itkinin acısını musiqi vasitəsilə çatdıra bildinizmi?

- Xeyir, düşünürəm ki, heç bir canlı varlığın itkisini musiqi ilə təsəlli etmək olmaz. İtkinin acısını musiqi vasitəsi ilə çatdırıb və ya çatdıra bilmədiyimə, düşünürəm ki, dinləyicilərim qərar verər.

- Adınızı şou xəbərlərində görməmişik. Sakit həyata üstünlük verən gənc təsiri bağışlayırsınız. Ehtimalımız düzdür?

- Şən və pozitiv bir insanam. Sadəcə son illərdə tam fərqli olaraq şou xəbərlərə qarışmıram. Nəzərə alsanız ki, mən əsasən “YouTube” platformasında bir neçə kanallarda şou xarakterli efirlərdə müəyyən zamana kimi iştirak etmişəm.

- Azərbaycanda musiqiçilərin fəaliyyət istiqamətləri müxtəlifdir. Siz hansı sahəni seçmisiniz?

- Böyük səhnələrdə, o cümlədən Heydər Əliyev adına Respublika sarayında iki dəfə fərqli konsertlərdə səhnə almışam.

Dəyərli musiqiçilərimiz və müğənnilərimiz 1 ilin 12 ayını toy biznesi üçün bir ay ərzində mahnı çıxarırlar. Tövsiyə edərdim ki, sırf şəhid və qazilərimizin xatirəsi üçün də layihə üzərində çalışsınlar.

- Doğma şəhərinizdə işləməyə davam edəcəksiniz?

- Mənim irəliyə getməyim üçün deyirlər ki, Bakıya get, orada daha yaxşı olacaq. Mənə isə bu şəhər çox rahat və gözəldir. Hansısa şəhərə getmək planım bu gün yoxdur.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər