top
Gəncədəki partlayışdan sonra İcra Hakimiyyəti zərərçəkənləri köməksiz qoyub? - İDDİA
07 noyabr 2024, 16:40
- ↺ +

Gəncədəki partlayışdan sonra İcra Hakimiyyəti zərərçəkənləri köməksiz qoyub? - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Oktyabrın 18-də Gəncə şəhəri İsaq Cəfərov küçəsində baş verən partlayış nəticəsində dağılmış beşmərtəbəli yaşayış binasının sakinləri Gəncə şəhər İcra Hakimiyyətinin fəaliyyətsizliyindən, eləcə də onların acınacaqlı vəziyyətlərinə tam biganəlik nümayiş etdirməsindən narazılıqlarını bildirirlər.

Gencexeber.az-a daxil olan şikayətə əsasən, zərərçəkmiş ailələr iddia edirlər ki, İcra Hakimiyyəti müvəqqəti yaşamaq üçün kirayə pulu ayrılacağını vəd edib, ailə başçılarının bank rekvizitlərini toplayıb, lakin 20 gündən çox vaxt keçməsinə baxmayaraq heç bir maddi yardım göstərməyib.

“Evimiz dörd blokdan ibarətdir. Partlayışdan sonra üçüncü tamamilə dağılıb, dördüncüdə isə mənzillərə qismən ziyan dəyib. Buna baxmayaraq, bizə heç bir köməklik göstərilmədiyi üçün bəzi insanlar öz mənzillərinə qayıtmağa məcbur olublar. Mənzilimiz dağılmasa idi, biz də qayıdardıq. Nə qədər qohum evində qalmaq olar?”, - zərərçəkənlərdən biri deyir.

Qeyd edək ki, partlayış günü Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən baş vermiş partlayış nəticəsində yaşayış binasının iki blokunda mənzillər yararsız hala düşüb və burada yaşayışın məhdudlaşdırılması məqsədəuyğun hesab edilib.

Həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov partlayış baş verən əraziyə baxış keçirdikdən sonra media mənsublarına müsahibəsində məlumat verib ki, qurum tərəfindən zərərçəkənlərə kirayə mənzillərdə yerləşdirilməsi üçün maddi yardım göstəriləcək.

Sözügedən məsələ ilə bağlı redaksiyamız Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurum cavabında bildirib ki, yaxın zamanda bu haqda məlumat veriləcək.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

KCİ-nin 78 yaşlı sədrinin Azərbayacandan çıxışına QADAĞA

Bütün xəbərlər
Bu gün, 17:35

Azərbaycanda nikahların sayı azalır

Bütün xəbərlər
Bu gün, 17:03

Gəncəli şahmatçılar "Shirvan Open – 2026" festivalında uğur qazanıblar

Bütün xəbərlər
Bu gün, 16:05

İdmançılarımız MMA və grapplinq turnirində uğur qazanıblar

Bütün xəbərlər
Bu gün, 15:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Bütün xəbərlər
Bu gün, 14:24

Sabah Gəncədə 20 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə sakinin xəbəri olmadan işıq sayğacı dəyişdirilib? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:51

Samuxda 32 yaşlı kişi ürəyindən bıçaqlandı

Bütün xəbərlər
Bu gün, 11:49

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək

Bütün xəbərlər
Bu gün, 10:38

Gəncədə binanın balkonları 10 ildir təmir olunmur

Bütün xəbərlər
Bu gün, 09:39

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncəli boksçular Avropa çempionatından medallarla qayıdır

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Dünən, 18:41

Gəncədə qadın sahibkarlar üçün She's Next Day görüşü keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:38

Göygöl idmançıları Azərbaycan çempionatında 12 medal qazanıblar

Bütün xəbərlər
Dünən, 16:25

Gəncəli güləşçi qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 14:16

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:44

Alimimiz tibb elminə iki cərrahi texnika bəxş edib

Bütün xəbərlər
Dünən, 12:13

Gəncədə Zəfər Gününə həsr olunmuş "Qərb Kuboku" keçirilib

Bütün xəbərlər
Dünən, 11:28

Gəncədən Samuxa milyonlarla manata yol çəkilmişdi… - YARARSIZDIR

Bütün xəbərlər
Dünən, 10:55

50 manat nəmər yazdıracaqmış... - Əmioğlular 88 yaşlı qadını niyə öldürüb?

Bütün xəbərlər
Dünən, 10:23

Şəhərdaxili yolların nişanlanması aparılır

Bütün xəbərlər
Dünən, 09:35

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar…

Oxşar xəbərlər