Gəncə şəhərində iki "VAZ" markalı avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
Gencexeber.az bildirir ki, şəhərin Mircəlal Paşayev küçəsində "VAZ 2107" markalı və "VAZ 21011" markalı maşınlar toqquşub.
Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
