top
Gəncədə oğul anasını döydü - Valideynin məhkəmədən XAHİŞİ
24 yanvar 2025, 15:52
- ↺ +

Gəncədə oğul anasını döydü - Valideynin məhkəmədən XAHİŞİ

 

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Amin Babayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Pakizəyə (adlar şərtidir - red.) xəsarət yetirib.

Demokrat.аz-a xəbər verir ki, hadisə Gəncə şəhəri, M.Hacıyev küçəsində yerləşən mənzildə baş verib. Amin şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı anası Pakizənin baş nahiyəsindən bir dəfə mobil telefon ilə və sağ qolundan əliylə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Hadisəni törədən Aminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amin ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Pakizə onun anasıdır:

"Mən və anam bir ünvanda yaşamağımıza baxmayaraq, aramızdakı münasibətlər normal deyil. Mən əvvəlcə Ukraynaya getmişəm. Orada müharibə olduğu üçün Almaniyaya göndərildim. 1 il əvvəl isə Azərbaycana qayıtdım. Qayıtdıqdan sonra bir-iki yerdə işləmək istəsəm də, işləyə bilmədim. İndiyədək işsiz qalmışam. Anam ilə münasibətlərimin pis olmasına səbəb kimi onun mənim şəxsi işlərimə qarışmasıdır. Bundan başqa mən anamın hərəkətlərindən təngə gəlmişəm. Bu səbəbdən dəfələrlə aramızda sözlü mübahisələrimiz olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 22 radələrində bacısı Səlimə ilə telefonla danışan zaman anası da evdə olub və o da bacısına görüntülü zəng açmaq istəyib:

"Lakin anama mobil telefonumda meqabaytımın az olduğunu, bu səbəbdən görüntülü danışa bilməyəcəyini dedim. Bundan sonra anam israrla mənə Səlimə ilə görüntülü danışmağını tələb etdi.

Dəfələrlə izah etsəm də, anam təkid edərək, çox danışmaqla məni təngə gətirdi. Bu səbəbdən də əsəbləşərək əlimdə olan mobil telefonu anamın baş nahiyəsinə qəsdən vurdum. Bundan sonra isə anamın sağ qolundun bir dəfə də əlimlə vurdum. Əsəbi halda anamın ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etdim".

Amin bildirib ki, daha sonra anası Pakizə evi tərk edib: "Bir müddət sonra yaşadığım evə polis əməkdaşları gəldi. Məni Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etdilər. Törətdiyim əməldən peşman olmuşam".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Pakizənin sözlərinə görə, Bakı şəhərində yaşayan Səlimə ilə Amin telefonla ünsiyyətdə olan zaman o, qızı ilə görüntülü danışmaq istədiyini bildirib:

"Lakin Amin telefonunda internet olmadığı üçün bunun mümkün olmadığını dedi. Aminin internetinin olmamasını eşitmədim və israrla danışmaq istədiyimi bildirdim. Bu zaman Amin anidən əlində olan mobil telefonu baş nahiyəmə atdı. Üzərimə uca səslə qışqıraraq mənimlə mübahisə etməyə başladı. Ancaq bu hadisələrin baş verməsinə özüm səbəb olmuşam. Oğlum Amini hirsləndirdiyim üçün aramızda belə bir mübahisə yarandı. Mən də həmin vaxt əsəbi olduğumdan polis şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin hazırda oğlumu polisə verdiyim üçün peşman olmuşam, onunla barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur".

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Aminin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər