Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" ilə “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.