Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, şəhərin Gülüstan qəsəbəsində "VAZ - 2107" və "Mercedes" markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.