Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gencexeber.az bildirir ki, şəhərin Nizami küçəsində "Toyota Corolla" markalı avtomobillə "Chevrolet Cruz" markalı avtomobillərin toqquşması nəticəsində 29 yaşlı Heydər Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.