top
Gəncə Dövlət Universiteti bu müsabiqənin qalibi oldu
22 yanvar 2025, 14:57
- +

Gəncə Dövlət Universiteti bu müsabiqənin qalibi oldu

 

Gəncə Dövlət Universiteti (GDU) Azərbaycan universitetləri arasında ilk dəfə “Times Higher Education” Asiya Ali Təhsil Mükafatları Müsabiqəsində Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitetdən biri olub.

Gencexeber.az bildirir ki, bununla bağlı GDU məlumat yayıb.

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” tərəfindən hər il təşkil olunan Asia Ali Təhsil Mükafatlarının (THE Award Asia) 2025-ci il üçün qısa siyahısı açıqlanıb.

Bu mükafatlar ali təhsil məkanında “Ali təhsilin Oskarı” kimi qəbul olunur. Müsabiqədə Gəncə Dövlət Universiteti “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyasında iştirak edib. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı və Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhfələr əsasında müraciət edib.

“Times Higher Education” tərəfindən verilən məlumata görə müsabiqə 10 kateqoriya üzrə keçirilmiş və hər kateqoriya üzrə 8 universitet qısa siyahıya düşüb. Müsabiqəyə 500 dən çox universitet müraciət edib.

Qeyd edək ki, 2019-cu ildən bu yana təşkil olunan müsabiqədə ilk dəfə olaraq Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazı təmsil edən bir universitet THE Awards müsabiqəsində qısa siyahıya düşüb.

Müsabiqənin qaliblər isə 22 apreldə, THE Asiya Universitetləri Sammitinin ilk günündə Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.

Qeyd edək ki, Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulub. Bu proqram çərçivəsində Gəncə Dövlət Universitetinin Dayanıqlı Ağıllı Şəhərlər Mərkəzinin tərəfdaşlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, və İngiltərənin Atkins Realis təşkilatından ibarət konsorsium Gəncə şəhərinin Yaşıl Şəhər Fəaliyyət Planını hazırlanıb. Bu plan 15 illik bir dövr üçün hazırlanıb və Gəncə şəhərində çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq, yaşıl ərazilərin salınması, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xətləri infrastrukturunun yaradılması, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri əhatə edir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
Bu gün, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
Bu gün, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
Bu gün, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
Bu gün, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
Bu gün, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
Bu gün, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
Dünən, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
Dünən, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
04 iyul 2026, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
04 iyul 2026, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Bütün xəbərlər
03 iyul 2026, 15:03

Gəncədə yeni avtobuslardakı kondisioner problemi həll olundu

Bütün xəbərlər
03 iyul 2026, 09:05

Gəncədə zibil problemi: Sakinlər qoxudan pəncərə aça bilmir

Bütün xəbərlər
02 iyul 2026, 17:59

Gəncədə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bütün xəbərlər
02 iyul 2026, 17:34

Gəncədə bu məktəbə direktor təyin olunub

Bütün xəbərlər
02 iyul 2026, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
02 iyul 2026, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
02 iyul 2026, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
02 iyul 2026, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
02 iyul 2026, 12:16

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb

Bütün xəbərlər
02 iyul 2026, 10:00

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib

Bütün xəbərlər
02 iyul 2026, 09:24

Gəncədə azyaşlı xəstəxanada öldü

Bütün xəbərlər
01 iyul 2026, 15:37

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər