Gəncədə tələbələr arasında müsabiqə keçiriləcək. Bu haqda 7 oktyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gənclər Evi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq yarış ADAU tələbələri üçün nəzərdə tutulub. Esport Çempionatı oktyabr ayı boyunca davam edəcək.
Burada Zula, Point Blank və PUBG Mobile (Emulator) oyunları üzrə mübarizə aparılacaq.
İştirak üçün qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 15 oktyabrdır.
Qeydiyyat linki: https://bit.ly/TGTESport.