Gəncədə bir nəfər zəhərlənib. Bu haqda 2 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birində baş verib. 26 yaşlı Sadiq Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Gənc xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.