Gəncədə 16 yaşlı qız dəm qazından zəhərlənib. Bu haqda Report.az-a istinadən yanvarın 8-i məlumat daxil olub.
Hadisə şəhərin Yaşar və Həsrət Əliyev qardaşları küçəsində qeydə alınıb. T. Kərimzadənin yaxınları gənci xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.