Gəncə şəhərində silah və qumbara aşkar edilib. Bu haqda bu gün, 31 yanvar tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Sözügedən hal şəhərin V.Xuluflu küçəsində müşahidə edilib. Oradan 1 ədəd “RQD-5” markalı qumbara, 1 ədəd yararsız və nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 1 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi və 2 ədəd avtomat patronu tapılıb. Araşdırma aparılır.