Azərbaycanın rayonlarında yanvarın 26-dan 27-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntının əsasən şərq rayonlarında intensivləşəcəyi ehtimal olunur.