Oktyabrın 7-də bir sıra rayonlarda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir və yenidənqurma, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.
Gencexeber.az bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Goranboy EŞ-yə daxil olan 10 kV-luq "Yolqulular" hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 11:00-dan 16:00-dək Yolqulular kəndini əhatə edəcək.