top
“Berdıyevdən öyrənəcəyim çox şey var”
24 yanvar 2025, 23:11
- ↺ +

“Berdıyevdən öyrənəcəyim çox şey var”

 

İki dəfə Rusiyanın ən yaxşı baş məşqçisi, ikiqat Rusiya çempionu, Rusiya kubokunun və superkubokunun, "Birlik" kubokunun, Qazaxıstan və Türkmənistan kuboklarının qalibi, Türkmənistan çempionu, Pep Quardiolanın əfsanəvi "Barselona"sını Barselonada, "Atletiko"nu Madriddə, London "Çelsi"sini və Milan "İnter"ini qitəmiqyaslı turnirlərdə sıradan bir klubla məğlub edən, xeyli orden və medalların sahibi, hazırda Premyer Liqada ən böyük maaş aldığı deyilən təcrübəli mütəxəssis Kurban Berdıyevin rəhbərlik etdiyi komandanı səfərdə, ölkə çempionatında ən çox azarkeşin gəldiyi stadionda darmadağın etmək hamıya qismət olmur.

Ümumiyyətlə, baş məşqçi, futbolçular kim olur-olsun "Turan Tovuz"u Tovuzda udmaq asan deyil.

Premyer Liqanın bəlkə də ən az maaş alan baş məşqçisi, ən çox maaş alan baş məşçisini, ən gənc məşqçilərindən biri ən təcrübəli baş məşqçini, liqanın ən zəif və kiçikbüdcəli heyətə malik komandası, "Turan Tovuz"u səfərdə məğlub edə bildi. Özü də 5:2 kimi böyük hesabla! Hətta, hesab daha böyük ola bilərdi!

Azər Bağırov onun gəlişinəcən bir xal da toplaya bilməyən "Kəpəz"i götürəndə çoxları gəncəlilərin Premyer Liqadakı yerini qoruya biləcəyinə inanmırdı. Bəlkə də bu səbəbdən bir neçə tanınmış və təcrübəli baş məşqçi Gəncədən gələn təklifdən imtina etmişdi. Amma Bağırov çətin olanı - futbolçularının məğlub psixologiyasını sındırmağı, uğur qazanacaq potensialda olduqlarına inandırmağı bacardı.

"Neftçi" qələbəsindən sonra Roman Qriqorçuk, "Səbail" qalibiyyətindən sonra Şahin Diniyev istefaya göndərildi. Güclü "Sabah"la səfərdə heç-heçə, Ayxan Abbasovun "Şamaxı"sı üzərində səfərdə qələbə və son iki matçda - əvvəl "Sumqayıt"la heç-heçə, ardından "Turan Tovuz"la bəhs etdiyim matç və qazanılan 14 xal.

Artıq onminlərlə "Kəpəz" azarkeşində sevimli komandalarının elitadakı yerini qoruyacağına ümid yaranıb.

Azər Bağırovla "Səbail"lə sabah keçiriləcək prinsipial oyunöncəsi aldığımız müsahibəyə də birbaşa bu sualla başlayırıq:

- "Kəpəz" Premyer Liqadakı yerini qoruya biləcəkmi?

- İnanıram ki, Premyer Liqada yerimizi qoruyacağıq. Futbolçularımızın oyunlarda, məşqlərdə göstərdikləri fədakarlıq buna bir siqnaldı. İnşallah, hər şey azarkeşlərimizin istədiyi kimi olacaq.

- "Turan Tovuz" üzərində bu cür aşkar üstünlüklə qələbə qazanacağınızı gözləyirdiniz?

- Səmimi deyim ki, belə oyun gözləmirdim. Daha istəkli idik, əsas səbəb yəqin ki, bu oldu. Əvvəl yaxşı futbol göstərib buna uyğun nəticə qazana bilmirdiksə, bu dəfə həm futbolçularımızın oyunu alındı, həm də qalib gəldik. "Turan Tovuz" çox yaxşı komandadır. Sadəcə, həmin gün onların günü deyildi. Tovuzlulara uğurlar arzulayıram.

- Kurban Berdiyev kimi ad-sanlı baş məşqçi ilə qarşılaşma öncəsi hansı hisslər keçirirdiniz?

- Əlbəttə, Kurban Berdıyevə qarşı oynamaq çox çətindi. Onun haqqında nəsə demək mənim üçün tezdi. Adamın böyük futbolda ad-sanı var, Çempionlar Liqasında özündən söz etdirib. Berdıyevdən öyrənəcəyim çox şeylər var.

- "Turan Tovuz" üzərində bu zəfər səhv etmirəmsə, Premyer Liqadakı baş məşqçi karyeranızda ilk böyükhesablı qələbə idi. "Kəpəz" də bu mövsüm ilk dəfə belə bir qələbə qazandı. Komanda Premyer Liqada son böyükhesablı qələbəsini 2023-cü ildə əldə etmişdi. Düşünmürsünüz ki, bu oyun komandada arxayınlıq, özündənrazılıq yarada bilər?

- Yox, mümkün deyil. Futbolçularım məsuliyyəti hiss edir. Dərk edirlər ki, "Kəpəz"in gələcək taleyi onlardan asılıdı! Buna görə də, siz dedikləriniz ola bilməz. Futbolçularıma inamım sonsuzdur.

- "Səbail"lə oyuna komandanı məxsusi hazırlayırsınız?

- Hər bir komandaya qarşı eyni qaydada hazırlaşırıq, rəqiblərimizi təhlil edir, futbolçularımızdan buna uyğun oynamalarını istəyirik. Bu dəfə də dəyişən bir şey yoxdu.

- Deyilənə görə "Kəpəz"ə yeni sponsor gəlir. "Səbail"də isə bu mənada problemlərin yaşandığı bildirilir. Bu məqam prinsipial oyunun nəticəsinə təsir edə bilərmi?

- "Kəpəz"ə yeni sponsor gəlir. "Səbail"də durumun nə yerdə olduğunu dəqiq bilmirəm. Amma heç kimə pislik arzulamırıq. Tək arzum meydanda güclü olan qalib gəlsin.

- Bu tur "Səbail"lə səfər oyununuzda "Premyer Liqanı kim tərk edəcək?" sualına aydınlıq gələ bilərmi?

- Mənə elə gəlir ki, bu haqda danışmaq tezdi. Qarşıda çox oyunlar var. "Səbail" də, biz də kubokda da mübarizəni davam etdiririk. Hələ hər şey qarşıdadır. İndidən nəsə söyləmək tezdi.

- İlqar Nadiri saytımıza müsahibəsində bu mövsüm yeni 5 transfer ola biləcəyini demişdi. Hələlik cəmi 2 transfer gerçəkləşib...

- Transferlər gözlənilir. Artıq İtaliya B Seriyasında çıxış edən "Breşiya"dan gələn Ternt Buaqyarın da "Kəpəz"ə keçidi rəsmiləşdi. Transfer xatirinə transfer etmək istəmirik. Yeni gələn oyunçunun "Kəpəz"in bu çətin dönəmində kömək etməsi, gücünə-güc qatması əsas fikrimizdi. Kubokda da mübarizəni davam etdirdiyimizi nəzərə alsaq, komandanı gücləndirəcək yeni futbolçulara böyük ehtiyacımız var.

- Və son sual: "Turan Tovuz"la oyunun qəhrəmanlarından olan Turan Manafov haqda sosial şəbəkələrdə yazırlar ki, niyə milliyə çağırılmır. Siz Turanda millidə oynayacaq potensial görürsünüz?

- Turan yaxşı futbolçu və insandı. Daha da inkişaf etmək üçün əlindən gələni edir. İnşallah, günü-gündən daha da artırıb milli komandaya dəvət alar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər