top
Azərbaycan-Gürcüstan dəmir yolu ilə sərhəd keçidi sürətləndirilir
03 avqust 2026, 15:02
- ↺ +

Azərbaycan-Gürcüstan dəmir yolu ilə sərhəd keçidi sürətləndirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir.

Gencexeber.az-a bu barədə Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib:

"Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan–Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar".

Qeyd edilib ki, əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub: "ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib, aidiyyəti dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub".

Görüşdə Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.

Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan–Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur. Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.

"Bu yenilik Azərbaycan və Gürcüstan arasında dəmir yolu əməkdaşlığının yeni mərhələyə keçməsinə, Orta Dəhliz üzrə yükdaşımaların rəqabətqabiliyyətinin artmasına və tranzit vaxtının azalmasına şərait yaradacaq. Eyni zamanda, beynəlxalq logistika zəncirinin daha dayanıqlı fəaliyyətinə, sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına və yeni reyslərin təşkili zamanı əməliyyatların daha çevik yerinə yetirilməsinə töhfə verəcək", - ADY-dən bildirilib.

ADY beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi, daşıma proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd Azərbaycanın regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.

Son illərdə ADY tərəfindən Böyük Kəsik istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Görülən işlər nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib, qatarların qəbulu və yola salınması imkanları genişləndirilib.

Ərazidə rəqəmsal idarəetmə sistemlərinin tətbiqi beynəlxalq tranzit daşımalarının etibarlılığını da artırıb. Bu investisiyalar Orta Dəhlizin tranzit potensialının və regionun nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə mühüm töhfə verir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
Dünən, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
Dünən, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
Dünən, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
Dünən, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
Dünən, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
Dünən, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
Dünən, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
Dünən, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə ödənişsiz tədris qruplarına qəbul elan edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatda 160-la özünün də, digər ailənin üç üzvünün də ölümünə səbəb oldu…

Bütün xəbərlər
22 noyabr 2026, 17:05

İmamzadəyə aparan yol ayın sonunadək işıqlandırılacaq

Bütün xəbərlər
22 noyabr 2026, 16:12

Gəncənin mərkəzində "Üstü bəzək, altı təzək" bina

Bütün xəbərlər
22 noyabr 2026, 15:02

Gəncə gimnastları 12 medal qazandılar

Bütün xəbərlər
22 noyabr 2026, 14:32

Qobustanın qayaüstü rəsmlərini ilk araşdıran arxeoloq gəncəli idi

Bütün xəbərlər
22 noyabr 2026, 09:13

Sakin: "Turistlər sanitar qovşağından baş götürüb GETDİLƏR"

Bütün xəbərlər
21 noyabr 2026, 18:22

İmamzadə ziyarətgahının qarşısı zülmət qaranlıqdır

Bütün xəbərlər
21 noyabr 2026, 18:10

Gəncənin bu ərazisində bir sutkaya yaxındır işıq yoxdur

Bütün xəbərlər
21 noyabr 2026, 17:27

Gəncənin 43 bağçasında 4 mindən çox uşağa qayğı göstərilir

Bütün xəbərlər
21 noyabr 2026, 16:58

Gəncədə sabah güclü külək əsəscək

Bütün xəbərlər
21 noyabr 2026, 16:28

Gəncə avtomobil zavodu texnikalarını nümayiş etdirib

Bütün xəbərlər
21 noyabr 2026, 15:08

Gəncəlilərin 4,3 faizi sabah stadionda olacaq – avtobuslar ayrıldı

Bütün xəbərlər
21 noyabr 2026, 14:49

Gəncəli Olimpiya çempionu daha bir medal qazandı

Bütün xəbərlər
21 noyabr 2026, 13:49

Fərid Qayıbov Qazaxda idman federasiyalarının nümayəndələri ilə görüşüb

Oxşar xəbərlər