Əməkdar artist Aybəniz Haşımova rəqs edərkən lentə alınan videosunu paylaşıb.
Gencexeber.az məlumat verir ki, görüntülər məclislərdən birində çəkilib. Sevilən sənətkar "Uzundərə" rəqsini nümayiş etdirib.
Qeyd edək ki, Aybəniz Həsən qızı Haşımova 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olub. Ona 2008-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.