Gəncədə qurumlardan birinin əməkdaşı dünyasını dəyişib. Bu haqda Gencexeber.az-a 8 aprel tarixində məlumat daxil olub.
Söhbət 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin direktor müavini Altay İsa oğlu Ələskərovdan gedir. Bununla bağlı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat yayıb.
Bildirilir ki, mərhum uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi.