top
Ağstafa-Bakı qatarını gecikdirən sərnişinlər cərimələndi
27 yanvar 2025, 15:02
- ↺ +

Ağstafa-Bakı qatarını gecikdirən sərnişinlər cərimələndi

 

Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti Azərbaycan Dəmir Yollarının Ağstafa–Bakı qatarının mənzil başına gec çatması və digər sərnişinlərin ciddi narahatlığına səbəb olub.

Gencexeber.az bildirir ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatıb.

Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları tərəfindən bölməyə aparılaraq barələrində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararası istiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanı stansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gediş sənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükünün çəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalara uyğunluğu yoxlanılır. Bundan başqa  Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraq qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozan sərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin 3.31.10. bəndinə uyğun olaraq sərnişinlər tərəfindən vaqon bələdçisinin və qatarın digər işçilərin işinə maneçilik törədilməsinə yol verilməməlidir.

Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat” riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlama məntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə mane olacaq davranışlardan çəkinməyə çağırır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər