Gəncə şəhərində Region birinciliyi baş tutub. Bu haqda 8 aprel tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Şəhərimizdə Ağırlıq qaldırma idman növü üzrə Region birinciliyi təşkil olunub. Yarışda Goranboy Uşaq-Gənclər İdman Məktəbinin 14 idmançısı iştirak edib.
Yekun nəticəyə görə, ağır atletlərdən 4 nəfər birinci, 2 nəfər ikinci, 2 nəfər isə üçüncü yerlərə layiq görülüblər.