Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi "Regional Universitet-Sənaye Birliyi Sammiti 2025" tədbiri çərçivəsində "UniStartup" müsabiqəsinin qalibləri bəlli olub.
Gencexeber.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "AgroTank" komandası dərman hazırlayan avadanlığın MVP-ni münsiflər heyətinə təqdim edib. 18 komandanın təqdimatı keçirilib. Yekunda ADAU komandası II yerə layiq görülüb.
Komanda məhsulu bu ilin sonuna kimi ADAU İnnovasiyalar Mərkəzinin laboratoriyasında hazırlayacaq.