Yevlax sakini Göyçayda intihar edib.
Qafqazinfo.аz xəbər verir ki, 2004-cü il təvəllüdlü Nurlan Abbasov Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən fermanın yaxınlığındakı yarımtikilinin çardağından özünü asıb.
O, həmin fermada çoban işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.