top
20 Yanvar qazisi: “Arxaya çevriləndə rus əsgərlərinin yaralıları yenidən güllələdiyini gördüm”
20 yanvar 2025, 17:49
- ↺ +

20 Yanvar qazisi: “Arxaya çevriləndə rus əsgərlərinin yaralıları yenidən güllələdiyini gördüm”

 

O qanlı-qadalı günlərdən bizi nə az nə çox, düz 35 illik zaman kəsiyi ayırır. İllər keçsə də, həmin gecə unudulmur.

20 Yanvar gecəsinin acısını yaşamış, eyni zamanda şahidi olmuş Yevlax qazisi Cahid Nəbiyev bizim.media.аz-a həmin hadisələri ürək ağrısı ilə danışıb.

Həmin illərdə Cahid Nəbiyev İqtisadiyyat Universitetinin 2-ci kurs tələbəsi olub. Bir  neçə gün onlar tələbə yoldaşları ilə küçələrə axışıb, “Azadlıq” şüarı ilə çıxış edirlərmiş. Yenidən 19-u axşam saatlarında toplaşaraq heç nədən qorxmayaraq Bakının azadlığı uğrunda mübarizəyə qoşulublar.

Bu zaman Sovet ordusunun Bakıya daxil olması xəbərini eşidiblər:

“Gecə saatlarında küçəyə toplaşmışdıq. Eşitdik ki, keçmiş Sovet ordusu tanklarla Bakının bir neçə ərazisindən daxil olub. Biz yoldaşlarla “Gənclik” metrosu istiqamətinə getdik. Tofiq Bəhramov adına stadiona çatanda artıq başımızın üzərindən güllələrin yağdığını gördük. Amma bu bizi qorxutmadı. Daha da irəliyə getmək qərarına gəldik və artıq güllələr insanlara tuşlanmışdı. Bir qədər da irəliyə getmək istəyən zaman çiynimdən yaralandığımı gördüm.

Dayanmadan yaradan qan axırdı. Yenə də özümü  itirmədən kənara çəkilməyi bacardım”, - deyə o qeyd edib.

Cahid Nəbiyevin sözlərinə görə o, üzünü arxaya çevirmək istədiyi zaman dəhşətə gəlib. Görüb ki, rus əsgərləri yerə yıxılan yaralıları bir-bir yoxlayıb içərilərində sağ qalanlara qarşı vəhşicəsinə qətliam törədirlər. Heç kimi sağ buraxmırlar.

Faciənin şahidi deyib ki, yaralı halda iki gənc qazini ərazidən çıxararaq tez avtomobilə yerləşdirib və birgə xəstəxanaya yollanıblar. “Semaşko” xəstəxanasına gedən zaman yenidən avtomobil atəşə tutulub. Xəstəxanaya daxil olanda isə lap dəhşətə gəlib. Xəstəxananın içərisi və həyəti yaralılarla dolu olub. Həkimlər yaralı Cahidin də həyatını xilas ediblər. Qazinin qanaxması dayandırılıb və əməliyyat olunub.

Cahid Nəbiyevin sözlərinə görə onlar xəstəxanada təzyiqlərə də məruz qalıblar:

“İlk 10 günlükdə mülkü geyimdə olan şəxslər, yəni ruslar izahat almaq istəyirdilər. Məqsəd bizi həbsxanaya saldırıb işgəncə vermək idi. Amma mərd, qorxmaz xalqımız bir olub buna izin vermədi. Həmin şəxsləri xəstəxananın ərazisindən uzaqlaşdırıb binanın 4 tərəfini mühasirəyə alaraq qorumağa başladılar.

Maraqlısı ondadır ki, azadlıq yolunda toplaşan həmin insanları idarə edən, yönləndirən heç kim yox idi. Vətəndaşlarda qeyri-ixtiyari azadlıq ruhu yaranmışdı və heç nədən qorxmurdular. Bu həqiqətən də istiqlal yolunun ilk zirvəsi, milli şüurun oyanış günü idi”.

Onu da qeyd edək ki, Cahid Nəbiyev Yevlax rayonunda yeganə 20 Yanvar qazisidir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər