Qazaxda gənc oğlan intihar edib.
Unikal.аz xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2006-cı il təvəllüdlü Ömür Hüseynov yaşadığı evdə özünü asıb. Gəncin meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.