Goranboyda 17 yaşlı qız dəm qazından zəhərlənib.
Unikal.аz xəbər verir ki, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. Yaşadığı evdə dəm qazından zəhərlənən 2008-ci il təvəllüdlü Sədirova Aysu İmran qızı xəstəxanaya çatdırılıb. Çevik tibbi müdaxilə sayəsində zəhərlənmiş qızın durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.