Gəncəli yeniyetmə cüdoçu Sadiq Məmmədov Avropa Kubokunda gümüş medal qazanıb.
Gencexeber.az-ın məlumatına görə, Gəncədə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb. Məşqçi Samir İsmayılovun rəhbərliyi altında yarışa qatılan 2009-cu il təvəllüdlü Sadiq Məmmədov 73 kiloqram çəki dərəcəsində 2-ci yerə layiq görülərək gümüş medal qazanıb.
Qeyd edək ki, gənc idmançı Gəncə şəhər Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbin şagirdidir. O, "Metallurq" idman cəmiyyətində məşq edir.