Gəncədə iki sürücü arasında dava düşüb. Bu haqda 17 fevral tarixində Report-a istinadən məlumat veririk.
Gəncədən Bakıya sərnişin daşıyan taksi sürücüləri müştəri üstündə mübahisə ediblər. Daha sonra onlar bir-birinə kəsici alətlə xəsarət yetiriblər.
44 yaşlı Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətlərinin kafi və qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.