Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb. Bu haqda Gencexeber.az-a 31 yanvar tarixində məlumat daxil olub.
1-ci Polis Şöbəsinə bıçaqlanma hadisəsi barədə məlumat daxil olub. 30 yaşlı Elnurə Əlimardanova, 31 yaşlı Elnur Əlimərdanov və 43 yaşlı Elşən Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini, 34 yaşlı Babək Nəsirovun törətməsi üzə çıxıb. O saxlanılaraq, istintaqa təhvil verilib.
Məlum olub ki, Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı Elnurə Əlimərdanova ilə mübahisə edib. Qadın boyun nahiyəsindən bıçaqlanıb. O, həmçinin Elnurənin qardaşı Elnur Əlimərdanovu kürəyindən, onların qohumu Elşən Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb.