Azərbaycanda seçkilər baş tutacaq. Bu haqda 7 dekabr tarixində Prezident.az-a istinadən məlumat veririk.
İlham Əliyev Konstitusiyanın 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq yeni Sərəncam imzalayıb. Qərara əsasən, 7 fevral 2024-cü ildə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək.
Proses Seçki Məcəlləsində müəyyən edilmiş qaydada təşkil olunacaq.