“Kəpəz”in Antalyada qarşılaşacağı rəqibləri açıqlanıb. Bu haqda 2 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Təmsilçimizin Antalyadakı qış təlim-məşq toplanışında keçiriləcək yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. İlk görüş yanvarın 14-də baş tutacaq. Burada “sarı-göylər” Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcəklər.
Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq.
Ayın 18-də baş tutacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.