Gəncədə Şahin Vəliyevlə vida mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a 16 fevral tarixində məlumat daxil olub.
Türkiyədə baş verən zəlzələdə həlak olan tələbə ilə vida mərasimi Cavadxan qəsəbəsində yaşadığı evdə baş tutub. Burada onun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Daha sonra 21 yaşlı gəncin nəşi Gəncə şəhər Şəhidlər xiyabanına gətirilərək torpağa tapşırılıb. Dəfn mərasimində Vəliyevin yaxınları, dostları, şəhər icra hakimiyyətinin, digər dövlət qurumlarının təmsilçiləri, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop və ictimaiyyət nümayəndələri olublar.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-ü tapılıb.
[modula id="32928"]