Gəncədə ana və bala itkin düşüblər. Bu haqda 21 noyabr tarixində Report-a istinadən xəbər veririk.
Nargül İmanova və 14 yaşlı övladı Günay Həsənova evdən çıxaraq geri qayıtmayıblar. Onlar naməlum istiqamətdə gediblər.
Hadisə barədə itkin düşmüş qadının həyat yoldaşı Tahir Həsənov Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.