top
Laqeyd münasibət nəticəsində bağlanan Gəncə qiraətxanası: İslam kitabxanası
28 noyabr 2023, 16:15
- +

Laqeyd münasibət nəticəsində bağlanan Gəncə qiraətxanası: İslam kitabxanası

XX əsrin əvvəllərində Azərbaycan ərazisi çar Rusiyasının istilası altında idi. Buna baxmayaraq, Gəncə şəhərinin mədəni həyatında canlanma baş verirdi. Şəhərdə yerli ziyalıların, xüsusən müəllimlərin səyi ilə təhsil və mədəni-maarif müəssisələri açılırdı. Həmçinin ziyalılar Gəncədə bir kitabxana açmaq qərarına gəlirlər.

1905-ci ildə Gəncə ziyalıları şəhər qubernatoruna kitabxana açmaq məqsədi ilə müraciət edirlər. Beləliklə, həmin ildə onlar istəklərinə nail olurlar. Gəncə ziyalıları kitabxananın açılışı üçün xeyli vəsait toplayırlar, bu vəsaitə kitab, qəzet, jurnal və avadanlıqlar alırlar. Kitabxananın açılışı baş tutur və müəssisəyə “İslam kitabxanası” adı verilir. Kitabxananın ilk müdiri bu məkanın açılışına təşəbbüs göstərən, şəhər məktəblərinin birinin müəllimi Cəfər Axundov olur.

1907-ci ildə “İrşad” qəzetinin 2 mart tarixli 37-ci nömrəsində kitabxana haqqında məqalə dərc edilir. Məqalədə yazılır: “Bir il altı ay bundan əvvəl Cəfər Axundov Gəncə şəhərində qiraətxana açmaq fikrinə düşür. O, camaatdan iki yüz manatdan artıq pul toplayıb, həmin məbləğ ilə açdığı müəssisəni “İslam kitabxanası” adlandırır”.

Lakin bu qiraətxana fəaliyyətini qısa bir zamanda dayandırır. Bunun səbəbi kitabxananın müdirinin dəyişməsi olur. Qiraətxanaya Cəfər Axundovun qardaşı Hüseyn Axundov müdirlik etməyə başlayır. O, bu vəzifəsinə qeyri-ciddi yanaşır, kitabxananı vaxtlı-vaxtında açmır, oxucuların tələbatını ödəmir. Həmçinin qiraətxananın fondu Hüseyn Axundov tərəfindən dağıdılır.

Gəncə ziyalıları bu kitabxananın oxuculara xidmət etmədiyini görüb, yeni qiraətxana açırlar.

Mənbələr:


  1. Xələfov Abuzər. Azərbaycanda kitabxana işinin tarixi. II hissə. Bakı-2007.

  2. Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 15.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər