Ağstafada yaşayış evində yanğın olub
Gencexeber.az bildirir ki, hadisə rayonun Dağkəsəmən kəndində Mahir İsmayılovun yaşadığı evin arxa hissəsində yerləşən yardımçı otaqda baş verib. Əraziyə FHN - nin Ağstafa və Qazax rayonlarının yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının yaşayış evinə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində yardımçı otağın 10 kv-m-lik hissəsi yanıb.
![]()