top
Gəncə qalası və şəhərin quruluşuna dair çəkilən ən erkən plan haqqında
02 fevral 2024, 14:45
- +

Gəncə qalası və şəhərin quruluşuna dair çəkilən ən erkən plan haqqında

XVI əsrdə inşa edilən Gəncə qalası və şəhərin quruluşuna dair çəkilən ən erkən plan  rus generalı V.A.Zubovun qoşunlarının yürüşü zamanı yaradılıb. “Ətraf ərazilər və forştadtın bir hissəsi ilə Gəncə qalasının planı” adlanan bu çertyoj 24 fevral 1797-ci ildə mühəndis-mayor İvan Qartinq tərəfindən hazırlanıb. Bu plan memar və professor Əbdülvahab Salamzadə tərəfindən ətraflı tədqiq edilib.

Salamzadə qeyd edir ki, qalanın planından Gəncənin böyük bir əraziyə malik olmasını görmək mümkündür. Şəhərin böyük hissəsini bağlar tuturdu. Gəncə qalasının forştadtı (qaladan kənar ərazi) mərkəzi çoxsaylı yaşayış və ictimai tikililərdən ibarət idi. Forştadt gil məhlulundan hörülmüş qala divarları ilə əhatə olunurdu.

Gəncə qalası iki qat divarlardan ibarət idi və bəzi yerlərdə onların arasındakı məsafə 70-80 metrə çatırdı. Qala divarı arasındakı əraziyə dair 1797-ci il planında “Sakinlər tərəfindən qalanın Gürcüstan çarı və Şuşa xanı tərəfindən mühasirəsi zamanı inşa edilmiş qazmalar” kimi qeyd var idi. Bu, qalada mövcud olan kiçik tikililərdən xəbər verirdi. Əbdülvahab Salamzadənin yazdığına görə, döyüşlər zamanı forştadt sakinləri bu əraziyə sığınır və müvəqqəti olaraq, bu qazma evlərdə yaşayırdılar.

Plana əsasən, Gəncə qalasının mərkəzində Xan sarayı yerləşirdi. Həmçinin çertyojda Xan heyvanxanası və Xan bağı da qeyd edilir. Planda qalanın içərisində olan küçələr də diqqət çəkir. Onların əsas istiqaməti şimal-qərbdən cənub-şərqə idi.

1797-ci il planı üçün əsas əlavə 1804-cü ildə hazırlanan “Yelizavetpol və Gəncə” adlı plan idi. Bu çertyoj 1797-ci il planının surəti idi, lakin bir neçə əlavələr ilə. Burada Gəncə qalasının möhkəmləndirilməsi üçün inşa olunmalı tikililər qeyd olunmuşdur.

Bütün bunlara baxmayaraq, 1873-cü ildə Gəncənin yeni planına əsasən, Gəncə qalası və daxilində olan qədim tikililər yerləyeksan edilir. Gəncə qalasının altı bürcündən yalnız biri dövrümüzədək qorunub saxlanılmışdır. Hal-hazırda həmin bürc Xan Bağı ərazisində yerləşir.

Mənbələr:


  1. Л. Бретаницкий, А. Саламзаде. Архитектура городов СССР. Кировабад. Москва-1960.

  2. К. М. Мамед-заде. Строительное искусство Азербайджана. Баку-1983.

  3. А. Саламзаде. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964.

  4. Ş.Fətullayev-Fiqarov. XIX əsr-XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Bakı-2013.

  5. http://cavadxan.org/genceqalasi/12-gnc-qalasi.html

  6. Foto: А. Саламзаде. Архитектура Азербайджана XVI-XIX вв. Баку-1964.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər